Accessibility links

Misrin qabaqçıl siyasətçisi həbs edilib - 2005-02-01


Birləşmiş Ştatlar Misri aparıcı müxalifət nümayəndəsinin həbsini nəzərdən keçirməyə çağırıb. Müxalifət qanunverici Əyman Əl-Nurinin tərəfdarları onun Misir konstitusiyasında dəyişiklik tələbinə görə həbs edildiyini bildirirlər. Dövlət Deparatamenti Əl-Nurinin həbsini Misirdə demokratiyanın boğulması kimi qiymətləndirib. Əl-Nuri bazar ertəsi günü 45 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Onun Gad partiyasını təsis etdiyi vaxt saxta sənədlər təqdim etdiyinə dair ittihamlar hazırlanır. Dövlər Departamentinin sözçüsü Riçard Bouçer Əl-Nurini Misrin qabaqçıl siyasətçisi adlandıraraq, həbsxanada onunla pis davranıldığını bildirib.

XS
SM
MD
LG