Accessibility links

Xarici qüvvələr İraqı tərk etməyəcək - 2005-02-01


İraqın müvəqqəti prezidenti Qazi Əl-Yavər deyir ki, hazırkı anda xarici hərbi qüvvələrinin İraqdan çıxarılması haqda deyilənlər tam cəfəngiyyatdır. Amma onun dediyinə görə, mümkündür ki, bu ilin sonunda xarici hərbi qüvvələrin müəyyən qismi İraqı tərk etsinlər. Cənab Əl-Yavər bu gün Bağdadda təşkil etdiyi mətbuat konfransında deyib ki, İraqın təhlükəsizlik qüvvələri tam təlimdən keçib, ölkədə təhlükəsizlik möhkəmləndirildiyi təqdirdə xarici qüvvələr İraqdan çıxacaq. Hazırkı anda İraqda Birləmiş Ştatların 150 min əsgəri var. Bundan əlavə İraqda bir sıra xarici ölkələrinin 20 minə yaxın əsgəri xidmət göstərir.Xatırladaq ki, müvəqqəti prezident Qazi Əl-Yavər təriqətcə sünnüdür. O, zorakılıqlarda əli olan qrupları xaric etməklə, bazar günü keçirilən seçkiləri boykot edən sünnü partiyaları yeni hökumətin təşkilində iştirak etməyə çağırıb. İraqın Müvəqqəti baş naziri Əyyad Əlavi də buna bənzər bəyanatla çıxış edərək, iraqlıları birliyə çağırıb.Bu arada seçki komisiyası bildirib ki, bazar günü keçirilən seçkilərin nəticələrini 10 gün ərzində elan edəcək.

XS
SM
MD
LG