Accessibility links

Yeddilər Qrupu: Tamamilə yoxsul ölkələrin borcları silinsin  - 2005-02-05


Britaniyadan verilən məlumata görə Yeddilər Qrupuna daxil olan dünyanın ən inkişaf etmiş ölkələrinin maliyyə nazirləri belə qərara gəliblər ki, ən yoxsul ölkələrin borcları tamamilə hesabdan silinsin. Britaniya xəzinəsinin rəhbəri Qordon Braun Londonda keçirilən zirvə toplantısının sonunda bildirib ki, hər bir ölkənin işinə ayrı-ayrılıqda baxılacaq. Britaniya həmçinin Yeddilər Qrupunu inkişaf edən ölkələrə yardımı ikiqat artırmağa səsləyib. Amma Birləşmiş Ştatlar bu təklifi rədd edib. Amerika Xəzinə Departamentinin nümayəndəsi Con Teylor BBC radiosuna bildirib bu plan Amerikanın büdcə prosesinə uyğun gəlmir.

XS
SM
MD
LG