Accessibility links

Əfqanıstanın sərnişin təyyarəsi qəzaya uğrayıb - 2005-02-05


NATO və Əfqanıstan rəsmilərinin bildirdiyinə görə baş verən qar çovğunu nəticəsində Əfqanıstanın sərnişin təyyarəsi qəzaya uğramış və 104 nəfərin hamısı həlak olmuşdur. Cümə axşamı itkin düşmüş təyyarənin qalıqları bu gün Kabilin 20 kilometrliyində aşkar edilmişdir. Hava limanı rəsmiləri deyirlər ki, təyyarədə 9 türk, 6 amerikalı və 4 nəfərlik rus ekipajı da daxil edilməklə 23 nəfər xarici vətəndaş həlak olub. Qasırğa üzündən istiqamətini dəyişməyə məcbur olan təyyarə Herat şəhərindən Kabilə uçmalı idi. Əfqanıstanın Nəqliyyat naziri İnayatulla Qasemi Assosieyted Press Agentliyinə deyib ki, qəzanın səbəbləri hələ məlum deyil.

XS
SM
MD
LG