Accessibility links

İran nüvə məsələsində mövqeyini kəskinləşdirir - 2005-02-06


İran özünün nüvə proqramı ilə bağlı aparılan danışıqlarda Avropalı tərəfdaşlardan ciddi olmağı tələb edir. Belə ki, İranın təhlükəsizlik məsələləri üzrə baş katibi Həsən Rohani bu gün bildirib ki, Tehran bütün hallarda uran zənginləşdirməsindən əl çəkməyəcək. Və əgər Amerika ya İsrail ona hücum edərsə onda bu hücumlara cavab verəcək. İran İslam Respublikasının uran zənginləşdirməsinə son qoymağa yönəlmiş danışılqarın 3-cü raundu sabah Cenevrədə başlamalıdır. Lakin İran rəsmisinin dediyinə görə danışıqların əsas mövzusu uran zənginləşdirilməsi yox, bunun sülhpərvər məqsədlərə yönələcyi haqda obyektiv təminatlar verilməsi olmalıdır. Qeyd edək ki, İranın nüvə silahları əldə etmək istədiyini israr edən Amerika hökuməti İran-Avropa danışıqlarında iştirak etmir.

XS
SM
MD
LG