Bu gün dörd ildən artıq davam edən Fələstin intifadasına son qoyacaq atəşkəs barədə tarixi razılıq əldə edilib. Bu saziş Misirdə, prezident Hüsni Mübarəkin, yeni seçilmiş Fələstin prezidenti Mahmud Abbasın və İsrailin baş naziri Ariyel Şaronun iştirakı ilə keçirilən bir günlük görüşdə imzalanıb.
Bu razılıq tərəflər arasında bir neçə həftə ərzində davam edən gərgin danışıqların nəticəsidir.
Cənab Abbas razılığı sülhə nail olmaq prosessində həm fələstinlilər, həm israillilər üçün yeni imkanlar açacağını bildirmişdir. Öz növbəsində cənab Şaron həm israilliləri, həm fələstinliləri yeni açılan imkanları əldən buraxmamağa çağırmışdır.
Görüşdə iştirak edən Misir prezidenti Hüsni Mübarək tədbirin əsas təşkilatçisidır. Misirin Gırmızı dəniz kurortunda keçiriləcək görüşdə İordaniya kralı Abdulla da iştirak edəcək.Misir rəsmiləri bildirmişdilər ki, sazişin imzalanması ilə əlaqədər heç bir təntənəli mərasım keçirilməyəcək və bu barədə məlumatı iki rəhbər ayrı-ayrılığda bəyan edəcək.
Görüş, Şarm-əl Şeyx şəhərində 2000-ci ilin oktyabr ayında sülh sazişinin əldə olunmasına prezident Klintonun nəticəsiz galmış səylərindən sonra ilk belə tədbirdir. Tərəflərin görüşü İsraillə sülh müqaviləsini imzalamış cəmi iki ərəb ölkəsi olan Misir və İordaniya üçün böyük əhəmiyyət kəsb edir. Bu prezident Mübarəkin İsrailin baş naziri Şaron ilə ilk üz-üzə görüşü, cənab Şaronun isə 2002-ci ildən vəzifəsinin icrasına başlayandan sonra Misirə ilk səfəridir.