Accessibility links

Gürcüstanın baş naziri vəzifəsinə namizədlər irəli sürülür - 2005-02-09


Gürcüstan parlamentinin spikeri Nino Burcanadze prezident Mixail Saakaşvilinin baş nazir vəzifəsinə namizəd göstərdiyi şəxslə bağlı narahatlığını bildirib. O, Zurab Noqaidelinin namizədliyinin gözlənilməz olduğu və digər namizədlərin nəzərdən keçirildiyini deyib. Gürcüstanın maliyyə naziri cənab Noqaideli keçən həftə qaz zəhərlənməsi səbəbi ilə dünyasını dəyişən Zurab Jvaniyanın yerinə dünən namizəd göstərilmişdi. Sabiq prezident Eduard Şevardnadzenin hakimiyyəti dövründə də maliyyə naziri vəzifəsində çalışan Zurab Noqaideli Moskva Dövlət Universitetinin fizika fakultəsinin məzunudur.

XS
SM
MD
LG