Accessibility links

İspaniyada terror hücumları davam edir  - 2005-02-09


İspaniya rəsmilərinin bildirdiyinə görə Madrid şəhərinin konvensiya mərkəzinin yaxınlığında maşına qoyulmuş bomba partlayışı nəticəsində 43 adam yaralanmışdır. Rəsmilər partlayışın Bask separatçı qrupu ETA tərəfindən xəbərdarlıqdan sonra həyata keçirildiyini deyirlər. Partlayış İspaniya kralı Xuan Karlos və orada səfərdə olan Meksika prezidenti Vicente Foxun iştirak edəcəyi incəsənət sərgisinin açılış mərasimindən bir neçə saat əvvəl baş vermişdir. Baş nazir Xose Luis Radriqez Zapatero hücumu terror aksiyası kimi qiymətləndirib. Daxili işlər nazirinin bildirdiyinə görə, hücum ölkə boyu hücumların təşkilində şübhələnilən 14 nəfərin həbsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG