Accessibility links

Amerikanın görkəmli senatorları Ukraynaya gəlib - 2005-02-11


Yüksək səviyyəli Amerika nümayəndə heyəti bu gün Ukrayna prezidenti Viktor Yuşçenko ilə danışıqlar aparmaqdan ötrü Kiyevə gəliblər. Senator Hillary Klinton və Con Makkeynin daxil olduqları nümayəndə heyəti Amerika-Ukrayna münasibətlərini müzakirə edəcəklər. 11 nəfərlik nümayəndəlik həmçinin baş nazir Yuliya Timoşenko və Ukrayna parlamentinin spikeri Volodimir Litvinlə danışıqlar aparacaq. Demokrat Senator Klinton və onun Respublikaçı həmkarı Con Makkeyn Yanvarda cənab Yuşçenkonun və Gürcüstan prezidenti Mixail Saakaşvilinin Nobel Sülh mükafatına namizədliklərini irəli sürüblər. Norvecin Nobel İnstitutuna göndərdikləri məktubda Amerikalı senatorlar bu iki liderin Gürcüstan və Ukraynadakı azadlıq hərəkatlarında oynadıqları rolu alqışlayıblar.

XS
SM
MD
LG