Accessibility links

Müdafiə nazirləri razılıq əldə ediblər - 2005-02-11


Fransanın Nitsa şəhərində görüş keçirən NATO-nun müdafiə nazirləri Əfqanıstanın qərb bölgəsindəki sülhməramlı qüvvələrin sayının artırılması barədə razılıq əldə ediblər. NATO artıq aylar idi ki, Əfqanıstanın qərb bölgəsində sülhməramlı qüvvələrin əməliyyatlarının genişləndirilməsi məsələsini müzakirə edirdi. NATO-nun sülhümühafizə qüvvələrinin məqsədi müharibələrdən sarsılmış Əfqanıstanda təhlükəsziliyi təminat altına almaq və prezident Həmid Karzay hökumətinin səlahiyyətlərini vilayətlərdə artırmaqdan ibarətdir. NATO-nun baş katibi Yop De Hop Skeffer dünən müdafiə nazirlərinə demişdi ki, müttəfiqlər əməliyyatların həyata keçiriləcəyi öhdəliklərinə əməl edilməsi naminə qüvvələrinin sayını artırmalıdırlar. Baş katibin dediyinə görə, NATO-nun sülhməramlı qüvvələrinin Əfqanıstanın qərbinə göndərilməsi İtaliya, İspaniya və Litvanın təklifidir. Birləşmiş Ştatlar da təklifə dəstək verərək, NATO-nun sülhməramlıq qüvvələri təkribində döyüş qüvvələrinin iki hərbi hissəsinin Əfqanıstana göndəriləcəyini bildirib. Amerika Birləşmiş Ştatları bundan əlavə müttəfiqlərini təkcə Əfqanıstan deyil, İraqda da bu kimi öhdəliklərin artırılmasına cağırır. Lakin müttəfiqlərin təlimlər missiyasını həyata keçirməyə çalışdıqları İraqda əməliyyatlar bir sıra ölkələrin İraq torpaqlarına ayaq basmaqdan imtina etməsi ilə çətinləşir. Onlar İraqın təhlükəszlik qüvvələrinə təlimlərin İraqdan xaricdə verilməsini istəyirlər. NATO-nun baş katibi Yop De Hop Skeffer müttəfiqlərindən İraq və Əfqanıstanda əməliyyatlara başlanıldığı tədiqdə, onların daha artıq hərbi qüvvə, təchizat və maliyyə vəsaitləri ayırmalarını tələb edib.

XS
SM
MD
LG