Accessibility links

NATO Əfqanıstanı seçkiləri tezliklə keçirməyə çağırır - 2005-02-13


NATO rəsmiləri Əfqanıstan hökumətini parlament seçkilərinin tezliklə keçiriliməsini planlaşdırmağa çağırmışlar. Buna səbəb həmin ölkədə aparılacaq xarici qoşunların rotasiyasıdır. NATO seçkilər günü təhlükəsizliyin təmin ediməsi üçün kifayət qədər xarici qüvvənin əldə olmasını istəyir. NATO-nun Əfqanıstandakı baş nümayəndəsi Hikmət Çətin hesab edir ki, gərək seçkilər iyulun əvvəlində keçirilsin, yoxsa bu, 8 minlik kontingentin başqasıyla əvəzlənmə vaxtı ilə üst-üstə düşə bilər. Cənab Çətinin dediiynə görə əgər seçkilər İyulda keçirilməzsə onda onları sentyabra qədər təxirə salmaq lazım gələcək. Qeyd edək ki, bu gün Kabildə keçirilən mərasimdə Türkiyə NATO-nun Əfqanıstanda olan qüvvələrinə rəhbərliyi fransız komandirindən təhvil alıb.

XS
SM
MD
LG