Accessibility links

Rusiya və Azərbaycan prezidentləri danışıqlar keçirib - 2005-02-16


Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Moskavada ticarət və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı danışıq keçiriblər. Kreml görüşü zamanı prezident Putin iki ölkə arasındakı iqtisadi əlaqələri alqışlayaraq, keçən il ticarət dövriyyəsinin 50 faiz artaraq, 800 milyon dollara yüksəldiyini demişdir. Rusiyanın dövlət başçısı Azərbaycan və Rusiya arasında ticarətin yaxın zamanda bir milyard dollara yüksələcəyindən əminliyini dilə gətirmişdir. Azərbaycan prezidenti də həmçinin iqtisadi əməkdaşlığı yüksək qiymətləndirmişdir.

XS
SM
MD
LG