Accessibility links

İsrail kabineti qüvvələrin Qəzza zolağından çıxarılması haqda razılığa gəlib - 2005-02-20


İsrail kabineti Baş Nazir Şaronun Qəzza zolağından və İordan çayının bəzi bölgələrindən yəhudi yaşayış məntəqələrinin köçürülməsi planını təsdiq edib. Cənab Şaron bundan sonra, iyunun 20-də Qəzza zolağından tamamilə çıxarılması və İordan çayının qərb sahilindən 4 yəhudi yaşayış məntəqəsinin köçürülməsi haqda sərəncam verib.

Baş Nazir Şaron deyir ki, Nazirlərin təsdiq etdikləri bu qərar asan bir qərar deyildir. Lakin bu gün sevindirici gündür. Nazirlər kabinetinin 17 üzvü planın lehinə və 5 üzvü isə əleyhinə səs verib. İctimai sorğularda iştirak edənlərin əksəriyyəti də bu planı dəstəkləyib. Lakin Qəzza zolağı, İordan çayının qərb sahilində məskən salan yəhudilər və onların tərəfdartları, həmçinin Səhiyyə Naziri Danni Navah daxil olmaqla Likud partiyasının bir sıra üzvü planı kəskin tənqid edirlər. Cənab Şaron planını nazirlər kabinetində təsdiq etmək üçün müxalifətdəki Əmək partiyası ilə koalisiyaya daxil olmaqla bir sıra tədbirlərə əl altmışdı. Əmək partiyasının Naziri Həyim Ramon nazirlər kabinetinin bu günkü qərarını tarixi bir qərar adlandırıb. Keçən həftə İsrail parlamenti yaşayış məntəqələrdən köçürülənlərə kompensasiya verilməsini təsdiq etmişdi. Fələstinlə İsrail arasında olan ən mühüm məsələlərdən biri də arada inşa edilən səddir. İsrail terrorçu hücumlarının qarşısını almaq üçün səddin saxlanılmasının vacibliyindən söz açır. Fələstinlilər isə bildirirlər ki, İsrail bu yolla Fələstinin bir sıra ərazisini öz torpaqlarına birləşdirmək və fələstinlilərin səfərlərinə məhdudiyyətlər tətbiq etmək istəyir.

XS
SM
MD
LG