Accessibility links

Suriyaya Livandan hərbi qüvvələrini çıxarmaq üçün təzyiqlər göstərilir  - 2005-02-23


Misir prezidenti Hüsni Mübarək Livan ilə Suriya arasındakı münasibətlərin gərginləşdiyi bir vaxt kəşfiyyat xidmətinin başçısını Dəməşqə göndərib. Misir prezidentinin nümayəndəsi deyib ki, bu səfərin digər bir səbəbi də Syriyaya Livandan hərbi qüvvələrini çıxarmaq üçün Birləşmiş Ştatlar və Avropa Birliyinin Brüsseldə keçirdikləri zirvə toplantısı zamanı Dəməşqə göstərdikləri təzyiqlə bağlıdır. Prezident Buş Almaniya konsleri Gerhard Şröderlə bu gün birgə keçirdiyi mətbuat konfransında təkrar Suriyanı Livandan hərbi qüvvələrini çıxarmağa çağırıb. Qeyd edək ki, Birləşmiş Ştatlar sabiq Baş Nazir Rafiq Həririnin qətlində Suriyanı rəsmən təqsirləndirməyib. Livanın Müxalifət qrupları isə cənab Həririnin və digər 17 nəfərin bir sui-qəsdin nəticəsində həlak olmasında Livan hökumətini və Suriyanı təqsirləndirir. Həm Livan hökuməti həm də Suriya bu ittihamları rədd edirlər. Bu arada Suriya tərəfdarı, Livanın Baş Naziri Ömər Karameh bildirib ki, o, ölkədə sakitliyin bərpası naminə vəzifəsindən istefa verə bilər. Müxalifət isə hökumətin istefasını tələb edir. Qeyd edək ki, Suriyanın bir qrup yazıçısı, incəsənət xadimləri və insan hüquqları fəalları prezident Bəşar Əl-Əssada yazdıqları açıq məktubda hökuməti hərbi qüvvələrini Livandan çıxarmağa çağırıb. Ərəb dilində nəşr edilən Əl-Həyat qəzeti yazır ki, 800 min Suriyalı Livanda işləyir. Onlar hər il ailələrinə bir milyard dollara yaxın pul göndərir.

XS
SM
MD
LG