Rusiya prezidenti Valdimir Putin ABŞ prezidenti Çocr Buşla danışıqları yüksək qiymətləndirərək, onların İraq, İran və Şimali Koreya kimi beynəxlaq məsələlərlə bağlı yaxın fikirlərə malik olduğunu bildirib. ABŞ şprezidenti isə 5 günlük Avropa səfərini başa çatdıraraq vətəninə qayıdıb. Prezidentlərin Slovakiya görüşü zamanı ABŞ lideri Moskvanın demokratik öhdəlikləri haqda narahatlığını bildirmişdi. Vladimir Putin isə Rusiyanın demokratik qanunlara sadiq olmadığına dair bütün fikirləri rədd edərək, keçmişdə olanların bir daha geri qayıtmasına imkan verilməyəcəyini bildirmişdir.