Accessibility links

Jurnalist Qonqadzenin qətlini kimin sifariş verdiyi aşkar edilib - 2005-03-02


Bu gün Ukraynanın baş prokuroru, general Svyatoslav Piskun deyib ki, müstəntiqlər artıq jurnalist Georgi Qonqadzenin qətlinin kim tərəfindən sifariş verildiyini bilirlər. Baş prokuror eləcə də əlavə edib ki, hadisə ilə əlaqəsi olduğuna inanılan iki nəfər nəzarət altına alınıb. Xatırladaq ki, prezident Leonid Kuçmanı dəfələrlə təndiq edən jurnalist Qonqadze 2000-ci ilin sentyabr ayında itkin düşmüşdü. Onun cəsədi bir neçə həftə sonra Kiyevin yaxınlığında aşkar edilmişdi. Bu qətlin cənab Kuçmanın cangüdəni tərəfindən törədildiyi deyilsə də bu ittiham rədd edilmişdi. Viktor Yushenko yanvar ayında prezidentlik vəzifəsinə başlayarkən bu cinayətin üstünün açılacağına söz vermişdi.

XS
SM
MD
LG