Accessibility links

NATO Əfqanıstana əlavə sülhməramlı qüvvələr göndərəcək - 2005-03-02


NATO-nun beynəlxalq təhlükəsizlik qüvvələrinin yeni komandiri, türk general-leytenantı Əthəm Ərdagi plana əsasən Əfqanıstana əlavə sülhməramlı qüvvələr göndəriləcəyini bildirib. O, bu bəyanatı Kabildə təşkil etdiyi mətbuat konfransında verib və deyib ki, bu gün Əfqanıstana gələn İtaliyanın hərbi qüvvələrini Herat şəhərində yerləşdirib. İspaniya, Yunanıstan və Litvanın hərbi qüvvələrinin regiona gələcəyi gözlənilir. General Əthəm deyib ki, 2001-cin ildə hakimiyyətdən devrilən Taliban rejiminə sadiq yaraqlılar Məclisə seçkilər vaxtı hücumlarını daha da şiddətləndirə bilərlər.

XS
SM
MD
LG