İsrail ordusunun bildirdiyinə görə İsrail və Fələstin rəsmiləri İordan çayının Qərb Sahilindəki Jerixo şəhərinin nəzarətinin fələstinlilərə təhvil verilməsi ilə bağlı yaranmış mübahisələrin həlli məsdəqi ilə ikinci dəfə görüş keçirmək qərarına gəlmişdilər. Bu gün səhər Jerixo və Tülkərim şəhərlərinin nəzarətinin təhvili ilə bağlı danışıqlarda heç bir razılıq əldə edilməmişdir. Fələstin rəsmilərinin bildirdiyinə görə, bu razılığın əldə edilməsində ən böyük maneə Jerixo yaşayış məntqəsinin girəcəyindəki İsrailin nəzarət postu olmuşdu. Xatırladaq ki, keçən ay Misirdə keçirilən İsrail-Fələstin danışıqları zamanı İsrailin geri çəkiləcəyi barədə razılıq əldə edilsə də, 12 gün əvvəl Tel Əvivdə 4 nəfərin ölümü ilə nəticələnən kamikadze hücumundan sonra razılığın şərtlərinə əməl edilməmişdi.