Accessibility links

Azərbaycan Milli Təhlükəsizlik nazirliyi adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib  - 2005-03-11


Azərbaycan Milli Təhlükəsizlik nazirliyi ölkədə mütəşəkkil cinayətkarlıqla məşğul olan böyük bir qrupu aşkar edərək zərərsizləşdirib. Əməliyyat nəticəsində bu ilin fevralında oğurlanmış Beynəlxalq Bankın idarə heyəti sədrinin həyat yoldaşı Zamirə Hacıyeva azad olunub. Milli Təhlükəsizlik nazirliyi və Respublika Prokurorluğunin mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, maprtın 10-da həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1996-cı ildən adam oğurluğu, qətllər və digər ağır cinayətlər törətmiş banda zərərsizləşdirilib. Bandanın başçısı Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və bir çöx üzvləri həbs olunub. Məlumada deyilir ki, cinayəkar dəstənin bundan öncə daha 9 adamı oğurladığı da aşakrlanıb. «Bandanın ifşası Hacı Məmmədovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilmiş adam oğurluğu cinayətlərinin, o cümlədən “Abşeron” mehmanxanasında fəaliyyət göstərmiş kazinonun sahibi Əbdülməcid Həsənovun oğlu Elşənin, Dövlət Neft Şirkətində məsul vəzifədə işləmiş Vaqif Qədimovun oğlu İlhamın, toxum mağazasının müdiri Məmmədhüseyn Manafovun oğlu Cavidin, neft məhsullarının satışı ilə məşğul olan “Rüzgar Holdinq” Azərbaycan-Yunanıstan Birgə Müəssisəsinin prezidenti Ülvan Bağırovun, “Azərsığorta” Dövlət Şirkətinin sədri Məmməd Məmmədovun oğlu Əhmədin , Bakı süd kombinatının müdiri Zeynalabdin Babayevin, “Portofino” restoranı və digər ticarət obyektlərinin sahibi Sabir Babayevin oğlu Bakı şəhəri Xətai rayon prokurorunun sabiq köməkçisi Oqtayın, Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun, iş adamı Hafiz Məmmədovun atası Məcidin oğurlanması və külli miqdarda pul alındıqdan sonra buraxılması kimi ağır cinayətlərin açılmasına imkan vermişdir»-deyə xəbərdə vurğulanır. MTN bildirir ki, həmçinin Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi Azər İsmayılovun, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi rəisinin müavini Rövşən Əliyevin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Fətulla Hüseynovun qətlə yetirilməsi kimi ağır cinayətlərin həmin banda tərəfindən törədilməsi sübuta yetirilib.

XS
SM
MD
LG