Accessibility links

Azərbaycan prezidenti ölkəsində heç vaxt məxməri inqilab baş verməyəcəyini deyib - 2005-03-12


Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, onun ölkəsində Gürcüstanda və Ukraynada olduğu kimi məxməri inqilab heç zaman baş verməyəcək. Cənab Əliyev bu gün Bakıda jurnalistlərə deyib ki, müxalifət bu ölkələrdə yalnız o zaman hakimiyyətə gəlir ki, hökumətlə xalq arasında etimadsızlıq hökm sürür və vətəndaşlar ölkə rəhbərliyini dəstəkləmirlər. Onun dediyinə görə Azərbaycanda belə şərait mövcud deyil. Prezident bildirib ki, keçirilən rəy sorğularında o, daim yüksək bal toplayır. Qeyd edək ki, beynəlxalq təşkilatlar 2003-cü ildə hakimiyyətə gələndən bəri cənab Əliyevin insan hüquqları sahəsindəki fəaliyyətini tənqid edir. Qərbli müşahidəçilər habelə, 2003-cü il seçkilərinin nəticələrinin saxtalaşdırıldığını söyləyirlər. Cənab Əliyevin ölkəsi həmçinin korrupsiyanın geniş yayılmasına görə tənqid edilir.

XS
SM
MD
LG