Accessibility links

Militant qrup şiələrin İraq hökumətinə başçılıq etməsinə qarşı çıxır - 2005-03-13


İraq keçən həftə şiələrin dəfn mərasimi zamanı 50 nəfərin qətli və 80 nəfərin yaralanması ilə nəticələnən bomba partlayışının məsuliyyətini naməlum bir qrup öz üzərinə götürüb. Həmin qrup bugünkü internet səhifəsində açıqladığı bəyanatda söyləyib ki, onlar bu hücumla şiələrin İraq hökumətinə başçılıq etməsinə qarşı olduqlarını göstərmişlər. Başqa bir xəbərdə Birləşmiş Ştatlar rəsmiləri bildirirlər ki, Bağdadın cənubunda qoyulmuş yolkənarı bomba partlayışı nəticəsində iki təhlükəsizlik işçisi həlak olmuş, biri isə yaralanmışdır. Eyni zamanda kürd nümayəndələri bildirirlər ki, onlar koalisiya hökuməti yaratmaq məqsədi ilə Şiə Alyansı ilə danışıqlar aparırlar. Kürd sözçüsü Fuad Məsum deyib ki, danışıqlar bazar ertəsi Bağdadda, İraq Milli Assambleyasının ilk iclasından iki gün öncə işini davam etdirəcək

XS
SM
MD
LG