İraq kürdlərinin liderləri Bağdadda şiə əksəriyyətinin nümayəndələri ilə görüş keçirib, çərşənbə günü parlametnin ilk sessiyasından əvvəl yeni koalisya hökumətinin yaradılması haqda razılıq əldə etməyə çalışır. Kürlərin lideri Cəlal Talabaniyə istinad edən Fransa xəbər agentlikləri bildiriblər ki, müzakirəçilər İraqın şimal bölgəsi ilə bağlı iki əsas məsələdə razılıq əldə etməyə səy göstərirlər. Kürdlər minlərlə peşmerqa döyüşçüsünün təhlükəszliyə nəzarəttinin davam etdirməsinə zəmanət əldə etmək istəyirlər. Cəlal Talabaniyə istinadən bildirilir ki, digər bir mübahisə Kəkük şəhərinin nəzarəti ilə bağlıdır.