Accessibility links

OPEK istehsal kvotalarını qaldırmalıdır - 2005-03-14


Neft ixrac edən ölkələrin OPEK təşkilatı bildirib ki, kartel çərşənbə günü İranda keçiriləcək görüş zamanı istehsal kvotalarını qaldırmalıdır. Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Naimi deyib ki, OPEK gündəlik 2,7 milyon barrel limitini 500 min barrel artırmalıdır. Neft ehtiyatları ilə bağlı narahatlıqlar keçən həftə Nyu York hərracında neft qiymətlərinin rekord həddə çatması ilə nəticələnmişdi. Hazırda OPEK dünya neftinin 40 faizini istehsal edir. Təşkilata daxil olan ölkələrin neft nazirlərinin qarşıdan gələn görüşündə neft ehtiyatları və qiymətlər müzakirə olunacaq. Təhlilçilər yanacaq qiymətlərinin armasının OPEK ölkələrinin uzun müddətə maliyyəsinə mənfi təsir göstərə bilməsindən və İspaniyadan tutmuş Rusiyanın neft yataqlarına qədər alternativ enerji mənbələrinin inkişafında durğunluq yarada bilməsindən ehtiyat edirlər.

XS
SM
MD
LG