Amerika Birləşmiş Ştatlarının Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general-leytenant David Barnonun bildirdiyinə görə, son 6 ay ərzində düşmən hücumları ciddi şəkildə dəf edilib. General-leytenent bu açılamanı Bəqram hava bazasında təşkil edilən mətbuat konfransında verib. David Barno bildirib ki, Talebanın fəaliyyətlərinin bu bahar güclənəcəyi gözlənsə də, yaraqlıların hücumları səngimişdir. Genral Barnonun dediyinə görə, hökumətin Taleban üzvlərinin amnistiya təklifi onların hücumlarının zəifləməsinə yardım edəcək.