Accessibility links

Amerikanın maraqlarını hədəf alanlar məhkum edilib - 2005-03-15


Fransa məhkəməsi Əl-Qaidə üzvü olduqlarından şübhələnilən 6 şəxsi Amerikanın Parisdəki səfirliyi və digər maraqlarına qarşı hücum cəhdində günahlandıraraq, müxtəlif müddətə həbs cəzalarına məhkum edib. Şübhəlilərin lideri 39 yaşlı Çəmil Beghal 10 il müddətinə azadlıqdan məhrum edilib. Beghalın vəkili müştərisinin apelyasiya məhkəməsinə müraciət edəcəyini bildirib. Əlcəzairdə anadan olmuş və hazırda Fransa vətəndaşı olan bu şəxs 2001-ci ildə Birləşmiş Ərəb Əmirliklərində ələ keçirilmişdi. Fransaya təhvil verilməmişdən əvvəl o, Amerikanın maraqlarını hədəf aldığını etiraf etmişdi.

XS
SM
MD
LG