Accessibility links

Yeriho şəhərinin təhlükəsizliyinə nəzarət Fələstinə verildi - 2005-03-16


İsrail İordan Çayının Qərb Sahilinin Yeriho şəhərinin təhlükəsizliyinə nəzarəti Fələstin təhlükəsizlik qüvvələrinə rəsmən təhvil verib. İsrail və Fələstinin komandirləri bu müqaviləni Yeriho şəhərinin ətrafındakı keçid nəzarət məntəqəsində imzalayıblar. Şəhərin təhlükəsizliyinin nəzarətinin Fələstinin təhlükəsizlik qüvvələrinə təhvil verilməsi barədəki razılıq keçən həftə əldə edilmişdi. Lakin İsrailin keçid nəzarət məntəqəsinin ətrafındakı səddlərin ləğvi barədə razılığın əldə edilməməsi səbəbi ilə bu günə qədər yubadılmışdı. İsrail keçid nəzarət məntəqəsinin ətrafında inşa etdiyi səddlərin yalnız birini aradan qaldırıb. Qalan iki səddi gələn ay ləvğ edəcəyini bildirib. Yeriho 300 metr dəniz səviyyəsindən aşağıdır. Şəhər İordan çayının vadiəsində və Qırmızı dənizin bir neçə kilometrliyində yerləşir. Bu arada Fələstin prezidenti Mahmud Abbas bir il ərzində atəşkəsə razılıq vermək məsələsini Qahirədə Fələstin yaraqlı qrupların liderlərilə müzakirə edir.

XS
SM
MD
LG