Accessibility links

Suriyanın kəşfiyyat agentləri Beyrutdan çıxmağa başlayıblar - 2005-03-16


Suriyanın kəşfiyyat agentləri Birləşmiş ştatlar, Avropa və Livan müxalifətinin Suriyanın Livanda hərbi mövcudluğunun sona çatdırılması tələblərinə cavab olaraq paytaxt Beyrutdan çıxmağa başlayıblar. Şahidlərin dediyinə görə, Suriyanın kəşfiyat agentliyinin Beyrutdakı qərargahı bağlanıb. Livanın digər yerlərindən də onların çıxdığı bildirilir. Bu arada, Türkiyə prezidenti Əhməd Necdət Sezər Suriyaya rəsmi səfər edəcəyini bildiriib. Səfərin detalları hələlik açıqlanmayıb. Dünən Birləşmiş ştatların Türkiyədəki səfri Erik Edelman Türkiyəni Suriyanın Livandan hərbi qüvvələrini çıxarmaq çağırışlarına dəstək verməyə çağırmışdır. Eyni zamanda, Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə əlaqədar BMT-nin təhqiqat qrupu işi başa çatdırıb və ölkəni tərk edib.

XS
SM
MD
LG