Accessibility links

Alyaska neftinin istismarı müzakirəyə qoyulub - 2005-03-17


Neft qiymətlərinin yüksəldiyi bir vaxt Birləşmiş Ştatların Senatında Alyaskanın Arktik qoruğunda neft yataqlarının istismarı məsələsi müzakirəyə qoyulub. Bu, prezident Buşun böyük qələbəsi kimi qiymətləndirilir. Yataqların istismarı qərarı bütöv Konqresin təsdiqini əldə etməlidir. Təklifi dəstəkləyənlər bununla Amerikanın xarici neftdən asılılğına son qoyulacağını deyirlər. Opponentlər isə Alyaskada böyük dəyişiklik edəcək qədər neft ehtiyatlarının olmadığını bildirərək, Şimali Amerikada insan əli dəyməyən bu yeganə təbii sahənin məhv ediləcəyini irəli sürürlər.

XS
SM
MD
LG