Hazırda Tokioda olan ABŞ-ın dövlət katibi Kondoliza Rays Yaponiyanın rəsmi nümayəndələri ilə Şimali Koreyanın nüvə silahları proqramı və Yaponiyanın Amerikadan mal əti idxalının yasaqlaması məsələlərini müzakirə edir. Dövlət katibinin Yaponiyanın baş naziri Yuniçiro Koyzumi daxil edilməklə, bir sıra yüksək vəzifəli şəxslərlə görüşləri planlaşdırılıb. Şimali Koreya bildirib ki, Kondoliza Rays Şimali Koreyanı “tiranlığın avanpostu” adlandırmasına görə üzr istəməsə, 6 tərəfli danışqılara qayıtmaqdan söz gedə bilməz. Kondoliza Rays Vaşinqtona dönməzdən əvvəl Cənubi Koreya və Çində olacaq.