Accessibility links

ABŞ-da hərbi xidmətə maraq azalır - 2005-03-19


İraq müharibəsindən sonra Birləşmiş Ştatlar ordusunda xidmət göstərmək istəyənlərin sayı azalıb. Bu həftə Senatda keçirilən dinləmələr zamanı hərbi qüvvələrin baş qərargahlar rəisinin müavini general Riçard Kodi bunun narahatlıq doğurdudunu deyib. Keçən il Milli Qvardiya sıralarına qoşulanların sayı 56 000 az olmuş, Hərbi Dəniz Donanmasına isə son on ildə ilk dəfə olaraq lazımi sayda əsgər cəlb edilməmişdi. Bu il isə hərbi xidmət sıralarına yazılanların sayı 6 faiz aşağıdır. Birləşmiş Ştatlar ordusu gənclərin hərbi xidmətə cəlb edilməsi üçün maraqlarını artırmışdır. Belə ki, yeni əsgərlərin təhsili üçün 70 min dollar, xüsusi təyinatlı qüvvələrin təcrübəli əsgərlərinə isə 150 000 dollar məblığində vəsait ayrılıb.

XS
SM
MD
LG