Accessibility links

Qırğızıstanda 14 adam yaralanıb - 2005-03-20


Qırğızıstanın Cəlalabad şəhərində müxalifət tərəfdarı nümayişçilərlə polis arasında baş verən qarşıdurma 14 nəfərin yaralanmasına səbəb olub. Nümayişçilər polis idarəsi və hökumət binasını ələ keçirməyə cəhd edirdilər. İTAR-TASS xəbər agentliyinin məlumatında deyilir ki, müxalifət liderləri hökuməti binalarını tutan nümayişçilərə qarşı gücdən istifadə etməməyə çağırır. 10 000 adamın iştirakı ilə keçirilən etiraz aksiyalarına nəzarət etməyə çalışan polis az sonra geri çəkilmişdi. Nümayişçilər polis idarəsinin bir banasını yandırmışlar. Qırğızıstanın digər şəhərlərində də parlament seçkilərinin nəticələrinə etiraz edənlər aksiyalar keçirmişlər.

XS
SM
MD
LG