Accessibility links

Azad edilmiş müxalifət liderləri demokratiya uğrunda mübarizəni davam etdirəcəklərini deyirlər - 2005-03-22


Martın 20-də Azərbaycan prezidentinin əvf fərmanı ilə azadlığa buraxılmış müxalifət liderləri - Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavat partiyası başqanının müavinləri Arif Hacılı və İbrahim İbrahimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının baş katibi Sərdar Cəlaloğlu, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov bu gün mətbuat konfransı keçirmişlər. Konfrasnda məhkum statusunu rədd edən müxalifəçilər Avropa Şurası məhkəməsində Azərbaycan məhkəməsinin hökmünü ləğv edəcəklərinə çalışacaqlarını bəyan etmişlər. Bundan əlavə onlar siyasi fəaliyyəti davam etdirəcəklərini söyləmişlər. Bakıdan müxbirimiz Tapdıq Fərhadoğlunu dinləyin:

XS
SM
MD
LG