Accessibility links

İraqda militant təlim düşərgəsi ələ keçirilib - 2005-03-23


İraq polis kommandoları və onlara yardım edən Amerika hərbçiləri şiddətli döyüşlərdən sonra Bağdadın şimal-qərbində yerləşən militant təlim düşərgəsini ələ keçirmişlər. İraq rəsmilərinin bildirdiyinə görə Tikrit yaxınlığında yerləşən Tərtər gölü sahilində gedən döyüş 12 saat davam edib. Nəticədə 80 qiyamçı və 7 polis kommandosu öldürülüb. Birləşmiş Ştatlar hərbi rəsmiləri təsdiq ediblər ki, Amerika əsgərləri İraq hökumət qüvvələrinə bu əməliyyatda yardım etmişlər. Onlar əlavə ediblər ki, amerikalılardan ölən olmayıb. Ozünü islam Ordusu adlandıran bir qrup isə yaydığı vərəqələrdə buildirir ki, o, yalnız 11 döyüşçüsünü itirib.

XS
SM
MD
LG