Accessibility links

ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanda insan hüquqlarının vəziyyətinin pis olduğunu bildirir - 2005-03-29


Dünən BŞ Dövlət Departamenti 2004-2005-ci illərdə Amerikanın demokratiyanın dəstəkləməsi yönümündə apardığı fəaliyyətə həsr edilmiş hesabat açıqlayıb. Hesabatın Azərbaycan aid hissəsində yazılır:

Azərbaycanda insan hüquqlarının vəziyyəti pis olaraq qalır. Son seçkilər, və o cümlədən 2003-cü ilin Oktyabrında keçirilən qalmaqallı prezident seçkiləri zamanı baş vermiş ciddi saxtakarlıqlar bu seçkilərin beynəlxalq standardlara cavab verməməsinə rəvac verib. Prezident seçkilərindən sonra həbsə alınmış müxalifət nümayəndələrinin məhkəmələri də beynəlxalq standardlara cavab verməyib. Azərbaycanda məhbəslər ağır və həayata təhlükə törədən bir şəraitdə bulunur. Azərbaycanın məhkəmə strukturları korrupsioner, səriştəsiz və icra hakimiyyətinin təsiri altındadırlar. Təhlükəsizlik qüvvələri ciddi qanun pozuntularına yol verirlər ki, bunların arasında məhbusların döyülməsi və işgəncə daxildir. Prezident siyasi məhbusların bir çoxunu azad etsə də onların bir qismi hələ də həbsdə qalır. Azərbaycan hökuməti ötən il ərzində heç bir müxalifət partiyasına sərbəst toplaşmaq hüququ verməyib, və buna cəhd edənlər həbs edilib. Ölkədə söz azadlığı və mətbuat da ciddi basqılara məruz qalıb. Hökumət sosial sabitliyin qortunmasını əsasə tutaraq həm müsəlmanların həm də xristianların din azadlıqlarını məhdudlaşdırıb.

Birləşmiş Ştatların Azərbaycana dair strategiyası insan hüquqları, demokratik proses, sivil cəmiyyət və qanun aliliyi kimi geniş sahələri əhatə edib. Amerikanın bu strategiyasına dəstək olaraq Vaşinqton rəsmiləri hüquq müdafiəçiləri ilə, islahat yönümlü siyasi partiya və dini azlıqların nümayəndələri ilə göüşlər keçiriblər. O zaman dövlət katibinin müavini vəzifəsində çalışan Riçard Armitac, Katib müşaviri Elizabes Counz, Lora Kennedi və başqaları 2004-cü ildə Azərbaycana səfər edərək Amerika hökumətinin Azərbaycanla bağlı məqsədlərinə xidmət etmişlər.

Ələlxsüsus beynəlxalq standardlara cavab verməyən seçki prosesləri ilə əlaqədar Birləşmiş Ştatlar ali səviyyədə hökumət müdaxiləsini və təlim proqramlarının keçirilməsini təmin etmişlər. 2005-ci il parlament seçkilərinə hazırlıq olaraq, Amerika öz səylərini keçmişdə buraxılnmış səhvlərin aradan qaldırılmasına yönəldib. Amerika rəsmiləri Azərbaycan hökumətinə vətəndaşların seçki sisteminə etibar etməsinin vacibliyini vurğulamışdır. BŞ səfiri yüksək vəzifəli şəxslərlə təmas quraraq onlara düzgün və şəffaf seçkilərin keçiriəməsinin vacibliyini demişdir. Azərbaycan Mərkəzi Seçki Komissiasının rəhbəri ilə keçirilən görüşdə də seçkilərin şəffaf olmasının vacibliyi vurğulanmışdır. bundan əlavə Amerika hökuməti Azərbaycanda keçirilən seçkilərdə yerli işçilərin oynadığı mühüm rolu nəzərə alaraq onlar üçün təlim proqramları həyata keçirmişdir. 200-dən çox hökumət və seçki rəsmiləri bu cür təlimlərdən keçmişlər.

Səfirliyin öz səylərini qeyri-hökumət təşkilatları ilə əlaqələndirməsi bu səylərin qüvvəsini bir qədər də artırmışdır. Birgə olara bu qüvvələr Azərbaycan hökumətinə demokratik ictimaiyyətin gözləntiləri haqda dolğun mesaj göndərməyə yardımçı olmuşdur.

BŞ Aəzrbaycanda sivil cəmiyyətin inkişafı üçün də bir sıra işlər görmüşdür. Bunlara qeyri-höumət təşkilatlarına göstərilən texniki yardım, qrantlar və hökumətlə sivil cəmiyyət arasında dialoqun yaranamasına doğru göstərilən səylər daxildir. Oktyabr-Noyabr aylarında Azərbaycandan Amerikaya sivil cəmiyyəti və hökuməti təmsil edən bir neçə insan gələrək burada demokratiya anlayışı və onun praktikası haqda təlim keçmişlər.

Bu dövrdə Amerika həmçinin azad və məsuliyyətli mətbuatın qorunmasında fəal olmuşdur. Amerika rəsmiləri dəfələrlə Azərbaycan hökumət nümayəndələrini media azadlığına hörmət etməyə və müstəqil televiziyanın yaranamasına imkan verməyə səsləmişlər. Bundan əlavə Vaşinqton Azərbaycan rəsmilərini müxalifət partiyalarına mitinq və nmayiş keçirməyə icazə verməyə çağırmışlar. Bütün səviyyələrdə Amerika hökumət Azərbaycan rəsmilərinə çatdırıb ki, hökumət siyasətinə qarşı mitinq və nümayişlər keçirmək siyasi partiyaların fundamental hüququdur.

XS
SM
MD
LG