Accessibility links

İndoneziya zəlzələsində ən azı 300 nəfər həlak olub - 2005-03-29


İndoneziyanın zəlzələyə məruz qalan Nias adasına təyyarələrlə ilk yardım ləvazımatı çatdırılıb. İndoneziya rəsmiləri 8.7 bal gücündəki zəlzələ nəticəsində azı 300 nəfərin həlak olduğunu təsdiq ediblər.

İndoneziya rəsmiləri təbii fəlakət nəticəsində həlak olanların sayının bu rəqəmdən 10 dəfə artıq ola biləcəyindən narahatdırlar. Adadakı yaşayış evlərinin təxminən 80 faizi dağılıb. Dünənki zəlzələ Sumatra adasının qərbində yerləşən Nais adasında baş verib. Keçən dekabrda Sumatra adasında Sunamidən zərər çəkənlərə yardım göstərən beynəlxalq işçilər Nias adasına xilasetmə heyəti göndəriblər. Lakin təbii fəlakət nəticəsində yollar və körpülər dağıldığına görə, oraya humanitar yardımın gətirilməsi çətinləşib. Hökumət Nais adasına tibb işçiləri və ləvazimat göndərib. İndoneziya prezidentinin nümayəndəsi Andi Mallarengang deyir ki, yüzlərlə adam Nias adasında həlak olub. İndi adada zərər çəkənlərə yardımın necə çatdırılması məsələsi müzakirə edilir. Nusitoli şəhərinin körpüləri dağıldığına görə, təyyarələrlə oraya yardım göndərə bilmirik. Bizim vertolyotlara ehtiyacımız var. İndoneziya prezidenti Susilo Bambang Nias adasında baş verən təbii fəlakətə görə, bu həftə Avstraliyaya planlaşdırıdığı səfərini təxirə salıb.

XS
SM
MD
LG