Accessibility links

Böyük korporasiyalarda maliyyə qalmaqalların səbəbi nədir? - 2005-04-01


Birləmiş Ştatlarda aksiya bazarında böyük şirkətlərin aksiyalarının düşməsi ilə bir sıra şirkətlər müflisləşdiklərini elan etmişlər. Korporasiyalarda maliyyə qalmaqalları milyonlarla amerikalının investisiya və təqaüd fondlarını, hətta bəzi hallarda işlərini itirməsilə nəticələnmişdir. Mütəxəssislər hesab edir ki, işin effektviliyini və şirkətin aksionerlərinin mənfəətini artırmaq üçün korporasiylara rəhbərlərinin üzərinə düşən təzyiqlər maliyyə qalmaqallarının əsas faktorlarından biridir. Şirkətlər arasında daim artan rəqabət nəticəsində də orada çalışan bir qrup insanların qanun opozuntularına yol verə bildiyi deyilir. Bu fikirlə razılaşmayanlar deyir ki, təzyiq həmişə var və ona davam gətirməyin ən yaxşı yolu iş etikasına hörmətlə yanaşmaqdır. Bununla belə, rəqabət şəraitində yaşayan insanlar etik standartlara daim fikir verməyərək demək olar ki, yalnız bir iş məsələ haqda düşünürlər ki, bu da pul qazanmaqdan ibarətdir. Lakin etik normaları nəzərə almayıb pul qazanmaq təhlilçilərin fikrincə, qısa bir zaman üçün mümkün ola bilər, uzun müddtə üçün bu, şirkətin işinə mənfi təsir göstərəcək. Bir sözlə, yaxşı etika, yaxşı biznes deməkdir.

XS
SM
MD
LG