Accessibility links

İnternetdə özəl informasiyanın mənimsənilməsi  - 2005-04-01


İnternetdə təhlükəsizliklə məşğul olan şirkətlər bildirir ki, son altı ərzində özəl informasiyanın mənimsənilməsi indiyə qədər görünməmiş şəkildə artmışdır. İndi artıq bu, Amerikada demək olar ki, adi bir hal alıb. Özü də hakerlər ən müasir tenoloji üsullara əl atırlar. Buraya şəxsin üzv olduğu bankdan saxta E-mail daxildir. Həmin şəxsə göndirilmiş E-maildə onun bank hesabının qorunması üçün özəl informasiyanın verilməli olduğu deyilir. Bu, informaisya isə həmin şəxsin bank hesabına müdaxiə etmək üçün kifayətdir. Ümumiyyətlə, İnernet və mobil telefonlarında özəl informasiyanın oğurlanmasının əsas səbəbi maliyyə mənbələrinə yol tapmaqla əlaqədardır. Son zamanlarsa mobil telefonlarına təhlükə artmaqdadır. Bu yaxınlarda Kaliforniya ştatının universitetində 59 min nəfərin sosial-zığorta nömrəsi və onlar haqda digər infomasiya hakerlərin əlinə keçmişdir. Konyuterə bu sözün əls mənasında hücumun hansı vasitə ilə edildiyi məlum deyil. Təhlililçilər xəbərdarlıq edir ki, bəz hallarda hətta pasvordlar və kodlaşdırılmamış mətnlər olmadan belə hakerlər komyuter şəbəkəsinə çıxmaq imkanına malik ola bilər.

XS
SM
MD
LG