Accessibility links

Fələstin prezidenti təhlükəsizlik qüvvələri rəhbərinin istefasını qəbul edib - 2005-04-02


Fələstin lideri Mahmud Abbas İordan Çayının Qərb Sahilində təhlükəsizlik qüvvələri rəhbərinin istefasını qəbul edib. Cənab Abbas buna hərbi qüvvələr arasında yaranan xaos barədə şikayərlərdən sonra razılıq verib. Təhlükəsizlik qüvvələrinin rəhbəri İsmail Cabir istefa ərizəsini cənab Abbas çərşənbə günü Ramallahda olarkən təqdim etmişdi. O zaman İsmayıl Cabirə sadiq bir militant cənab Abbasa atəş açmışdı. Bu silahlı şəxslər prezidentin onlardan tərk-silah və ya təhlükəsizlik qüvvələrinə qoşulmaq çağırışına məhəl qoymamışdılar. Xatırladaq ki, Yasir Ərafatın vəfatından sonra prezident seçilən Mahmud Abbas təhlükəsizlik qüvvələrində islahatlar aparacağını bildirib.

XS
SM
MD
LG