Accessibility links

Ukrayna prezidenti Birləşmiş Ştatlar Konqresində çıxış edib - 2005-04-06


Ukrayna prezidenti Viktor Yuşenko Birləşmiş Ştatlar Konqresində çıxış edib. Çıxışının əvvəlində cənab Yuşenko Birləşmiş Ştatlar Konqresinə və Ukraynada demokratiyanı dəsdəklədiklərinə görə Birləşmiş Ştatların dörd prezidentinə təşəkkürünü bildirdi. O, Ukraynanın azad olmasını dərindən arzulayan Birləşmiş Ştatların keçmiş prezidenti Ronalq Reyqanı yada salıb. Cənab Yuşenko Ukraynada azad və ədalətli seçkilərin keçiriləcəyinə söz verərək dedi ki, onun hökuməti mətbuatın fəaliyyətinə müdaxilə etməyəcək. Ukrayna prezidentinin Birləşmiş Ştatlara dörd günlük səfəri başa çatmaq üzrədir.

XS
SM
MD
LG