Accessibility links

Əfqanıstanda vertolyot qəzası nəticəsində 9 nəfər həlak olub - 2005-04-06


Birləşmiş Ştatlar hərbiçilərinin bildirdiyinə görə, bu gün Əfqanıstanın cənubunda vertolyot qəzası nəticəsində dörd amerikalı ekipaj daxil edilməklə, doqquz nəfər həlak olub. Kabildəki mətbuat konfransında bildirilib ki, vertolyot Baqram hava bazasına qayıdarkən paytaxt Kabildin 120 kilomertliyində, Qazni vilayətində havanın pis olduğuna görə qəzaya uğrayıb. Hal-hazırda qəza ilə bağlı istintaq aparılır. 2001-ci ildən bəri Birləşmiş Ştatların Taliban rejiminə qarşı mübarizədə iştirak edən 100-dən çox hərbiçisi Əfqanıstanda öldürülmüşdür. Xatırladaq ki, keçən ilin noyabr ayında da Əfqanıstanın Hindu Kuş dağlarında təyyarə qəzası nəticəsində 4 amerikalı həlak olmuşdu.

XS
SM
MD
LG