Accessibility links

Roma Papasının dəfn mərasimində ABŞ nümayəndə heyəti də iştirak edir  - 2005-04-07


Roma Papası İkinci İohann Pavelin dəfn mərasimində iştirak etmək üçün Romaya çatan ABŞ prezidenti mərhumun cənazəsi önündə diz çökərək ruhuna dua oxumuşdu. Roma Papasına son ehtiramlarını bildirmək məqsədi ilə Romada olan Amerika nümayəndə heyətinin tərkibinə sabiq prezidentlər Bill Klinton, Corc Buş, birinci xanın Lora Buş, habelə Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays da daxildir. Roma Papası ilə vidalaşmağa gələnlərin növbələri iki kilometrədək uzanırdı. Vida mərasimi ABŞ prezidentinin Bazilikaya gəlişi ilə ictimaiyyətə bağlanmışdı.

XS
SM
MD
LG