Accessibility links

Vatikan Roma Papası İkinci İohann Pavelin vəsiyyətini açıqlayb - 2005-04-07


Sənəddə Roma Papası 2000-ci ildə istefa vermək istədyini yazmışdır. O habelə vətəni Polşada dəfn edilmək haqda düşündüyünü, lakin bu məsələnin həllinin Kardinallar Kollegiyasına həvalə etmək qərarına gəldiyini bildirmişdir. Roma Papası şəxsi yazılarının məhv edilməsini istəmiş və heç bir varidata malik olmadığını göstərmişdir. Dünyasını dəyişmiş Roma Papası vəsiyyətini 25 il bundan əvvəl yazmağa başlamışdır. Buraya o, ailəsi və gənclik illəri haqda xatirələrini də salmışdır. O, 1981-ci ildə həyatına sui-qəsd cəhdindən sonra sağ qalmasını möcuzə adlandırmışdır. Bu arada, minlərlə insan Roma Papası ilə vidalaşmaq üçün Vatikanda Müqəddəs Pyotr meydanında saatlarla növbədə dayanmağa davam edir. Vatikan indiyə qədər iki milyon insanın cənazənin önündən keçdiyini bildirib.

XS
SM
MD
LG