Zimbabvenin aparıcı müxalifət partiyası bəyan edib ki, o, ötən ay keçirilmiş parlament seçkilərində baş vermiş saxtakarlıqların aradan qaldırılması üçün məhkəməyə müraciət edəcək. Demokratik Dəyişiklik Uğrunda Hərəkat bilğdirir ki, o, daha çox ən biabırçı saxtakarlıq hallarını seçki məhkəməsi qarşısına çıxaracaq. Partiyanın sözçüsü Paul Themba Nyathi Amerikanın Səsinə bildirib ki, müxalifət Zimbabvenin 10 əyalətindən yalnız bir və ikisində seçkilərin nəticələrini məhkəməyə verəcək. Belə ki, onların bütün dairələri məhkəməyə vermək üçün kifayət qədər vəsaitləri yoxdur. Qeyd edək ki, aparıcı müxalifət qüvvəsi Zimbabve parlamentindəki 120 yerdən 41-ni qazanıb.