Accessibility links

Pakistan şənbə qünü İraqda qirov qötürülmüş vətəndaşının azad edilməsi ücün səylər davam edir - 2005-04-11


Pakistan şənbə qünü İraqda qirov qötürülmüş vətəndaşının azad edilməsi üçün səylərini artırır. Hökümət nümayəndəsi bildirmişdir ki, qirovdarlar siyasi tələblərdən deyil, maliyyəyə maraq qöstərirlər. Amerikanın səsinin müxbiri Bencamin Sənd İslamabaddan xəbər verir. Pakistan nümayəndələri bildiriblər ki, səfirliyin işçisi Malik Məhəmməd Cavidin azad olunması məqsədi ilə ölkənin yüksək rütbəli diplomatı İraqa qöndərilib. Xatırladaq ki, cənab Cavid şənbə qünü Bağdad məsçidlərinin birində axşam namazından sonra oğurlanmışdır. Bu vaxta qədər tanımayan Ömər Bin Xəttab adlı grup bu hadisəyə qörə məsuliyyəti öz üzərinə qötürüb. Pakistan hökümətinin nümayəndəsi Cəlil Abbas Cilani deyib ki, bu grupun İraq yaraqlıları ilə əlaqədə olduğuna dair məlumat yoxdur. Cilani deyir: "Bu naməlum bir grupdur. İraq rəhbərlərini də daxil etməklə, heç kəs bu grup barədə heç bir şey eşitməyib. Bunu nəzərə alaraq biz belə bir fikrə qəlmişik ki, həmin şəxs sadəcə olaraq qəlir əldə etmək məqsədi ilə oğurlamışlar."

Cənab Cavid girov götürülmüş pakistanlının salamat olduğunu və İraqda Paksitan rəsmilərilə müntəzəm əlaqə saxladığını bildirib. ABŞ-ın terrora qarşı apardığı müharibədə əsas müttəfiqlərindən biri olan Pakistan İraq müharibəsinin və ölkəyə hərbi qüvvə göndərilməsinin əleyhinə idi. Buna baxmayaraq, prezident Müşərrəfin Vaşinqtonla sıx əlaqələri yerli müxalifət qüvvələri, xüsusilə də İslamçı gruplar tərəfindən tənqid olunur.

XS
SM
MD
LG