Accessibility links

Əfqanıstanda hərbi qüvvələrlə xaş-xaş yetişdirənlər arasında qarşıdurma olub - 2005-04-13


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə xaş-xaş yetişdirənlərlə narkotik maddələrə qarşı mübarizə aparan qüvvələr arasında ciddi qarşıdurmadan sonra Əfqan hökuməti narkotik bitkinin yetişdirilməsinə qarşı əməliyyatları müvəqqəti olaraq dayandırmişdır. Bu qarşıdurma zamanı bir nəfərin öldürüldüyü xəbər verilir. Zorakılıqlar Qəndəhar vilayətinin cənubundakı əkinçilərin Birləşmiş Ştatların xaş-xaş əkin sahələrini məhv etmək işini yerinə yetirmək üçün təlim verdiyi qüvvələrə hücumundan sonra başlamışdır. Rəsmilər deyirlər ki, sahələrin məhvi işi vilayətin ağsaqqalları ilə danışıqlar davam etdiyi müddət dayandırılıb. Rəsmi nümayəndələr əməliyyatın cümə axşamı bərpa olunacağını deyirlər. Əfqan prezidenti Həmid Karzay ölkəsindəki xaş-xaş istehsalının qarşısının alınacağını bildirmişdi. Xatırladaq ki, heroinin tərkibinə daxil olan əsəs maddələrin istehsalında Əfqanıstan dünyada əsəs yer tutur.

XS
SM
MD
LG