Accessibility links

K.Raysın Rusiya görüşləri davam edir - 2005-04-20


ABŞ-ın Rusiyada səfərdə olan dövlət katibi Kondliza Rays Rusiyanı demokratik inkişaf yolundan yayınmamağa çağırıb. Kondoliza Rayz bunun Rusiyanın özü də daxil ediləmklə, bütün dövlətlərin mənafeyinə olduğunu vurğulayıb. Dövlət katibi kimi Rusiyaya ilk səfərini edən Kondoliza Raysı Kremldə prezident Vladimir Putin qarşılayıb. Vlaidimir Putin deyib ki, xanım Raysın Rusiyaya göstərdiyi xüsusi maraq Vaşinqton-Moskva münasibətlərinin inkişafına xidmət edir. Kreml danışıqlarından sonra prezident Putin yalnız tərəqqilərdən danışmışdı. O, xanım Raysla beynəlxalq və qarşılıqlı maraqlar, habelə prezident Buşun mayın 9-u Rusiya səfərini müzakirə etdiyini bildirib. İki günlük Rusiya görüşü zamanı ABŞ-ın dövlət katibi özünün səmərəli adlandırdığı xarici işlər naziri Sergey Lavrov və Rusiyanın digər yüksək səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib. Rusiyanın Exo radio-stansiyasına müsahibə verən Kondoliza Rays deyib ki, Rusiya-Amerika münasibətləri bir tərəfin qələbəsi, digər tərəfin məğlubiyyəti oyunu deyil. ABŞ-ın dövlət katibi bildirib ki, münasibətlərin müvəffəqiyyəti demokratik inkişaflatdan asılıdır.

XS
SM
MD
LG