Accessibility links

İraqda şiə girovların cəsədləri aşkar edilib - 2005-04-20


İraq prezidenti Cəlal Talabaninin bildirdiyinə görə, keçən həftə girov götürülən 50-dən artıq insanın cəsədi Dəclə çayından çıxarılıb. Prezident qadın, kişi və uşaqlara məxsus bu cəsədlərin kimliyinin müəyyən edildiyini bildirib. Cəlal Talabani həm də qatillərin kim olduğunun slahiyyətli nümayəndələrə məlum olduğunu deyib. Xatırladaq ki, keçən həftə şiə rəsmiləri sünnülər tərəfindən 50-dən artıq adamın Mədain şəhərində girov götürldüyünü elan etmişdilər. Bazar ertəsi şəhərə reyd təşkil edən İraq qüvvələri girov hadisəsinə dair heç bir dəlil əldə edə bilməmişdilər.

XS
SM
MD
LG