Accessibility links

ABŞ Kiprin türk hissəsində seçkiləri alqışlayır - 2005-04-20


Amerika Birləşmiş Ştatları Kipr türklərinin seçkiləri ilə əlaqədar verdiyi bəyanatda cənab Mehmet Əli Tələti qələbə münasibətilə təbrik edib. Birləşmiş Ştatların Dövlət Departamnetinin sözçüsü Adam Ereli Kipr türklərinin özlərinə azad və ədaləli seçki yolu lider seçmək hüququndan istifadə etdiklərini qeyd edib. Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Kipr türklərinin adanın probleminin həlli və birləşməsi ideylarına sadiq olduqlarını təsdiq etməsini alqışlayır. Sənəddə bildilir ki, Amerika Birləşmiş Ştatları BMT-nin baş katibinin adanın bölünməsilə ilə bağlı uzun sürən münaqişənin həlli səylərinə dəstəyi davam etdirəcək. Bu səylər çərçivəsində ABŞ Kiprin türk hissəsinin iqtisadi təcridinin azaldılmasına çalşıacağını bəyan edir.

XS
SM
MD
LG