Accessibility links

Türklər Vaşingtonda aksiya təşkil edir - 2005-04-23


Aprel ayının 24-ü ermənilər üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar bir əsr bundan əvvəl 1.5 milyon erməninin Türkiyənin Osmanlı İmperiyası tərəfindən soyğırıma məruz qaldığını iddia edirlər. Türkiyə isə bu ittihamı rədd edir. Bu yaxınlarda 500 minə yaxın erməni sakini olan Kaliforniyanın paytaxtı Sakramento şəhərində yüzlərlə erməni bir araya gələrək, 1915-1923-ci illrə arasında qətlə yetirilən əcdadlarının xatırəsini anmışlar. Onlar ermənilərin qətlamını Türkiyənin millətçi hökumətinin məcburi yerdəyişməsinin nəticəsi kimi qiymətləndirirlər. Türkiyə isə ermənilərin kütləvi şəkildə köçürülməsi və soyqırımın hökumətin deyil, müəyyən şəxslər və qrupların işi olduğunu bildirir. Avropa Birliyinə üzv olmağa çalışan Türkiyə soyqırımın tanınması məsələsinin arxada qalmasına çalışır. Lakin əsasən fransızlar olmaqla, bir sıra Avropa siyasətçisi Ermənistanın mövqeyinə dəstək verirr. Sabah ABŞ paytaxşı Vaşinqton və bir sıra digər şəhərlərdə Amerikada yaşayan türklərin etiraz aksiyaları keçiriləcək.

XS
SM
MD
LG