Accessibility links

Livanın sabiq baş nazirinin oğlu parlamentə üzv olmaq istəyir - 2005-04-24


Livanın qətlə yetirilmiş sabiq Baş Naziri Rafiq Həririnin oğlu gələn ay keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcəyini bildirib. Mərhum Rafiq Həririnin 37 yaşlı oğlu Səad Həriri kabel xəbər şəbəkəsində etdiyi çıxışda atasının Livanı suverenliyə və azadlığa qovuşdurmaq niyyətini həyata keçirmək üçün var gücü ilə çalışacağını bəyan edib. O, beynəlxalq nümayəndələri gələn ay Livanda keçiriləcək parlament seçkilərini müşahidə etməyə çağırıb.

Fevralın 14-də Rafiq Hərri sui-qəsd nəticəsində həlak olduqdan dərhal sonra, Livanın müxalifət qrupları Beyrut hökumətini və Sureiyanı mərhum Həririni qətlində ittiham etmişlər. Həm Beyrut hökuməti, həm də Suriya bu ittihamları rədd edirlər. Buna baxmayaraq, Suriyadan hərbi qüvvələrini Livandan çıxarılması tələbilə minlərlə adam etiraz nümayişlərinə çıxmışdı.

Livan rəsmiləri bildirirlər ki, Suriya cədvələ əsasən öz hərbi qüvvələrini Livandan çıxaracaq. Lakin Suriyanın axırıncı hərbi qüvvələrinin Livanı nə vaxt tərk edəcəyi hələlik bilinmir. Livan təhlükəsizlik qüvvələrinin rəsmiləri isə deyirlər ki, Suriya təhlükəsizlik qüvvələrinin başçısı çərşənbə axşamı Beyrutu tərk edəcək. Dəməşq isə aprelin 30-da hərbi qüvvələrini tamamilə Livandan çıxaracağını vəd edib.

XS
SM
MD
LG